Bank Of Baku

Bakının Yasamal və Nəsimi rayonlarının Maliyyə idarələrinin rəisləri və əməkdaşlarının həbsi barədə məlumat yayılıb

Bakının Yasamal və Nəsimi rayonlarının Maliyyə idarələrinin rəisləri və əməkdaşlarının həbsi barədə məlumat yayılıb
# 14 sentyabr 2007 17:22 (UTC +04:00)
Yoxlamaların nəticəsi olaraq, Nəsimi və Yasamal rayonlarının Maliyyə idarələrinin bir neçə vəzifəli şəxsinin həbs olunduğu bildirilib.
Günün sonunda Yasamalın Maliyyə İdarəsinin rəisi Zakir Abbasov və Nəsimi rayonun Maliyyə İdarəsinin rəisi Toğrul Mustafayevin həbsi barədə məlumatlar daxil olsa da, hüquq-mühafizə orqanları bunu hələ təsdiqləməyiblər.
Yasamal rayon İcra Hakimiyyəti başçısının müavini Səməd İslamov bu hadisədən xəbərsiz olduğunu söyləyib. S. İslamov maliyyə idarəsinin birbaşa Maliyyə Nazirliyinə tabe olduğunu, İcra Hakimiyyətinin bu idarənin işinə qarışmadığını da qeyd edib.
Bu idarələrin tabe olduğu Bakı Şəhər İcra Hakimiyyətinin Baş Maliyyə İdarəsindən məsələ ilə bağlı məlumat almaq mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR