Bank Of Baku

Yardımlıda İrandan qaçaqmalçılıq yolu ilə gətirilmiş 4500 ədəd “Esse” siqareti müsadirə olunub

Yardımlıda İrandan qaçaqmalçılıq yolu ilə gətirilmiş 4500 ədəd “Esse” siqareti müsadirə olunub
# 15 sentyabr 2007 08:01 (UTC +04:00)
Yardımlı rayon Polis Şöbəsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəmizə gətirilmiş xeyli miqdarda siqaret müsadirə olunub. Bu barədə APA-nın cənub bürosuna rayon polis şöbəsindən məlumat verilib. Polis əməkdaşları rayonun Ostayır kənd sakini, 58 yaşlı Müseyib Hacıağa oğlu Cabbarova məxsus komadan doqquz bağlamada yerləşdirilmiş 4500 ədəd Koreya istehsalı olan “Esse” siqareti aşkarlayaraq götürüblər. İlkin dindirmə zamanı üzərində aksiz markası olmayan bu malların İran İslam Respublikasından gətirildiyi məlum olub. Faktla bağlı Yardımlı rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR