Bank Of Baku

Elşad Xose həbs olunub - YENİLƏNİB

Elşad Xose həbs olunub - <font color=#FF0000>YENİLƏNİB</font>
# 15 sentyabr 2007 08:31 (UTC +04:00)
Yasamal rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı Elşad Xosenin üzərindən 0,553 qram heroin götürülüb. Yasamal rayon Polis İdarəsinin istintaq şöbəsinin rəisi Anar Çıraqov APA-ya bildirib ki, onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanıb, təhqiqat gedir. Yasamal rayon məhkəməsinin qərarı ilə Elşad Xose barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Cinayəti sübuta yetiriləcəyi təqdirdə Elşad Xoseni 3 ilədək həbs cəzası gözləyir. /APA/


1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR