Bank Of Baku

Samsunda azərbaycanlı sürücü yük maşını ilə ağır qəza törədib

Samsunda azərbaycanlı sürücü yük maşını ilə ağır qəza törədib
# 15 sentyabr 2007 11:19 (UTC +04:00)
Samsunda baş verən yol qəzasında Azərbaycan vətəndaşı, 1960-cı il təvəllüdlü Səyyad Əhmədov ağır yaralanıb. APA-nın məlumatına görə, İstanbuldan aldığı yük maşını ilə Azərbaycana gələn soydaşımız avtomobili Samsun-Ordu yolunun 30-cu kilometrliyində yol kənarında dayanmış iki maşına vurub. Zərbə nəticəsində hər iki maşın bir-birinə yapışıb, yük maşını isə yoldan aşaraq yaxınlıqdakı evin divarına kimi yuvarlanıb. Sürücünü sıxışdığı maşından çıxarmağa 45 dəqiqə vaxt lazım gəlib. Səyyad Əhmədov Çərşənbə Dövlət Xəstəxanasına çatdırılsa da, həkimlər onun vəziyyətinin ağır olduğunu görərək yaralının 19 May Universiteti tibb fakültəsinə aparılmasını tövsiyə ediblər. Hazırda tibb fakültəsinin xəstəxanasında həkim nəzarəti altında olan azərbaycanlı sürücünün vəziyyəti ağırdır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR