Oğurluq və dələduzluqla məşğul olan 4 nəfər yaxalanıb
26 sentyabr 2007 10:50 (UTC +04:00)
Keşlə qəsəbəsində oğurluq törətmiş şəxsin kimliyi müəyyənləşdirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nizami RPİ-nin 23-cü polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 24-də Keşlə qəsəbə sakini Rasif Yelgiyevin evindən açıq qapıdan girmək yolu ilə 200 manatı oğurlamış Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Çingiz Kərimov tutulub.
Nizami RPİ-nin 25-ci polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Q. Qarayev küçəsində Masallı rayon sakini Cavidan Məmmədova qarşı zor tətbiq edərək mobil telefonunu almış şəxs saxlanılıb. Bu, Yardımlı rayon sakini Rəfael Abdullayevdir.
Bakı şəhər sakinləri Zaur Quliyev və Böyükağa Quliyev isə dələduzluq etdiyinə görə saxlanılıb. Onlar həmyerliləri Lətifə Qurbanovanın və Telnaz Sultanovanın etimadlarını qazanaraq onlara məxsus 48 və 50 manat pulları bankomatdan çıxartmaqda təqsirli bilinirlər. Z. Quliyev və B. Quliyev Nərimanov RPİ-nin 16-cı polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində yaxalanıb. /APA/

Hadisə
Yağıntılı hava ilə əlaqədar Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirilib
23:10
3 may 2024
MN-dəki 143 milyonluq cinayət işi ilə bağlı şahidlər barəsində məcburi gətirilmə qərarı çıxarılıb
19:23
3 may 2024
Həbsdə olan MTN generalının müraciəti geri qaytarılıb
18:04
3 may 2024
Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - YENİLƏNİB-1
18:02
3 may 2024