Bank Of Baku

Şəkidə 78 yaşlı rayon sakinini maşın vurub

Şəkidə 78 yaşlı rayon sakinini maşın vurub
# 10 dekabr 2007 08:03 (UTC +04:00)
Dekabrın 9-da axşam saatlarında Şəki şəhərinin mərkəzi küçələrindən birində yol-nəqliyyat hadisəsi baş verib. Şəki rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayon sakini Elşad Məmməd oğlu Musayev idarə etdiyi “Mercedes” markalı, 55 BH 659 dövlət nömrə nişanlı maşınla yolu keçmək istəyən piyada, 1929-cu il təvəllüdlü Məsudə Səmədbəy qızı Əhmədovanı vurub. Nəticədə 78 yaşlı zərərçəkən hadisə yerində keçinib. Faktla bağlı Şəki Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR