Bank Of Baku

Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib

Xaçmazda ölümlə nəticələnən yol qəzası baş verib
# 10 dekabr 2007 11:44 (UTC +04:00)
Xaçmaz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib. Rayon polis şöbəsindən APA-nın Şimal bürosuna verilən məlumata görə, bu gecə Bakı-Qəndab yolunun 32-ci kilometrliyində, Xaçmaz rayonunun Nərəcan kəndi ərazisində “Qazel” markalı yük maşını ilə “QAZ-24” markalı minik avtomobili toqquşub. Qəza nəticəsində “QAZ-24” avtomobilinin sürücüsü, 58 yaşlı Ariz Çobanov hadisə yerində keçinib, daha üç nəfər isə yaralanıb. Yaralılardan Aydın Şıxkamalovun vəziyyəti ağır qiymətləndirilir. Faktla bağlı Xaçmaz rayon prokurorluğunda cinayət işi başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR