Bank Of Baku

Xaçmazdakı “Vələmir” pirində naməlum şəxslər tərəfindən qazıntı işləri aparılıb

Xaçmazdakı “Vələmir” pirində naməlum şəxslər tərəfindən qazıntı işləri aparılıb
# 10 dekabr 2007 11:55 (UTC +04:00)
Qazılan quyu sonradan tələm-tələsik torpaq və yarpaqlarla doldurulub. Sakinlərin sözlərinə görə, uzun illərdir əhali arasında “Vələmir” pirində qızıl və zinət əşyalarının basdırıldığı haqda məlumatlar dolaşır, naməlum şəxslərin pirin mərkəzi hissəsini qazmasının da bu məlumatlarla əlaqədar olduğu güman edilir. Xaçmaz rayon polis şöbəsinin Xudat polis bölməsinin baş əməliyyat müvəkkili Binyaməddin Abuzərov isə APA-nın şimal bürosuna hadisədən xəbərsiz olduğunu və bölməyə pirə nəzarət edən şəxslər tərəfindən hər hansı şikayət daxil olmadığını bildirib. Qeyd edək ki, analoji hadisə bu yaxınlarda Siyəzən rayonunun Gilgilçay kəndi ərazisində də baş verib. Naməlum şəxslər 18-ci əsrin memarlıq abidəsi sayılan Pir Xəlil türbəsində qazıntı aparıblar. Bu kəndin sakinləri də qazıntının qızıl tapmaq niyyəti ilə aparıldığını güman edirlər. Hadisə Siyəzən rayon polis şöbəsi tərəfindən araşdırılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR