Bank Of Baku

Yol qəzalarında 6 nəfər ölüb

Yol qəzalarında 6 nəfər ölüb
# 10 dekabr 2007 13:10 (UTC +04:00)
Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Neapol dairəsində Bakı şəhər sakini Elcan Məmmədov idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla Bakı şəhər sakini Nataşa Rəhimovanı vurub. Nəticədə N. Rəhimova hadisə yerində keçinib. Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.
Nərimanov rayonundakı Z. Bünyadov prospektində müəyyən edilməmiş avtomaşınla Qazax rayon sakini Tariyel Mustafayev vurulub. Nəticədə xəsarət almış T. Mustafayev xəstəxanaya yerləşdirilib. Faktla bağlı Nərimanov RPİ-də əməliyyat-axtarış tədbirləri aparılır.
Xətai rayonundakı M.Hadi küçəsində Bakı şəhər sakini Təmkin Nağıyev idarə etdiyi “Mercedes” markalı avtomaşınla 50-55 yaşlı kişini vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş həmin kişi orada vəfat edib. Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.
Xaçmaz rayonunun Nərəcan kəndində rayon sakini Arif Çobanovun idarə etdiyi “QAZ-24” və Bakı şəhər sakini Mükafat Abbasovun idarə etdiyi “QAZel” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış A. Çobanov, həyat yoldaşı Çimnaz, qızı Könül, nəvələri Nəzrin, Vahid və Bakı şəhər sakini Aydın Şıxkamalov xəstəxanaya yerləşdiriliblər. A.Çobanov orada dünyasını dəyişib, Könül, Nəzrin və Vahidə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Faktla bağlı Xaçmaz RPŞ-də araşdırma aparılır.
Abşeron rayonunun Ceyranbatan qəsəbəsində müəyyən edilməmiş avtomaşınla Salyan rayon sakini İsrafil Ələkbərov vurulub. Nəticədə İ. Ələkbərov hadisə yerində ölüb. Faktla bağlı Abşeron RPŞ-də əməliyyat-axtarış tədbirləri aparılır.
Şəki şəhərində Rəşad Musayev idarə etdiyi “Mercedes” markalı avtomaşınla həmyerlisi Məsudə Əhmədovanı vurub. Nəticədə xəsarət almış M. Əhmədova xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Şəki RPŞ-də araşdırma aparılır.
Goranboy rayonunun Dəyirmanlar kəndində Bakı şəhər sakini Zaur Quliyev idarə etdiyi “Hundai” markalı avtomaşını kənd sakini Çərkəz Paşayevi vurub. Nəticədə Ç. Paşayev hadisə yerində keçinib. Faktla bağlı Goranboy RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR