Bank Of Baku

Zəvvarları Həcc ziyarətinə aparan mikroavtobus qəzaya uğrayıb

Zəvvarları Həcc ziyarətinə aparan mikroavtobus qəzaya uğrayıb
# 10 dekabr 2007 14:05 (UTC +04:00)
Cəlilabad rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Ələt-Astara magistral yolunun 130 kilometrliyində, Alar kəndi ərazisində baş verib. Mikroavtobus əsas magistraldan torpaq yola çıxaraq aşıb. Mikroavtobusda olan 9 zəvvardan yalnız biri yaralanıb. Dağıstanın Qızılyurd rayon sakini Habibət Xızıyeva döş qəfəsindən xəsarət alıb. Qəza ilə bağlı araşdırma aparılır. Zəvvarlar mehmanxanada yerləşdirilib, avtomobil isə təmir olunur. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR