Bank Of Baku

Bakıdan Səudiyyə Ərəbistanına zəvvarları aparan təyyarənin uçuşu 9 saat ləngiyib

Bakıdan Səudiyyə Ərəbistanına zəvvarları aparan təyyarənin uçuşu 9 saat ləngiyib
# 10 dekabr 2007 14:47 (UTC +04:00)
Buna səbəb Mədinə şəhərindən havaya qalxan Səudiyyə Ərəbistanının “Monarx Air” şirkətinə məxsus “Aerobus” markalı təyyarənin Bakıya gec çatması olub. “Azərbaycan Hava Yolları” Dövlət Konserninin mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli isə APA-ya bildirib ki, Səudiyyə Ərəbistanının Mədinə şəhərindən gələn təyyarə Bakıya bu gün saat 12:00-da çatıb: “Ekipaj istirahət etmədən təyyarənin yenidən havaya qalxmasına icazə verilmir. Odur ki, təyyarənin uçuşunda ləngimə olub”.
Qeyd edək ki, təyyarə artıq saat 18.00 radələrində yola düşüb. Təyyarə ilə Mədinə şəhərinə 361 zəvvar yola salınıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR