Bank Of Baku

Siyəzəndə bir məktəbli sinif yoldaşını bıçaqlayıb

Siyəzəndə bir məktəbli sinif yoldaşını bıçaqlayıb
# 10 dekabr 2007 15:49 (UTC +04:00)
Dekabrın 10-da Siyəzən şəhərindəki 2 saylı orta məktəbdə cinayət hadisəsi baş verib. Siyəzən rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən məlumata görə, 11-ci sinif şagirdi Tural Nurullayev mübahisə zəminində sinif yoldaşı Fərid Quliyevə iki bıçaq zərbəsi endirib. Ağır yaralanmış F. Quliyev Siyəzən şəhərindəki regional diaqnostika mərkəzinə aparılıb. İlkin tibbi müdaxilədən sonra həkimlər onun həyatına təhlükə olmadığını bildiriblər. Faktla bağlı Siyəzən rayon Polis Şöbəsində təhqiqat aparılır. Tural Nurullayev həbs edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR