Bank Of Baku

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Sumqayıtda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 11 dekabr 2007 07:55 (UTC +04:00)
Bu gün səhər saatlarında Sumqayıt şəhərinin Zeynalabdin Tağıyev qəsəbəsində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Sumqayıt Şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, Sumqayıt bağları istiqamətində hərəkət edən “PAZ” markalı 50 AZ 390 dövlət nömrə nişanlı, 21 saylı marşrutla işləyən avtobus Səttar Bəhlulzadə küçəsində qəsəbə sakini, Z. Tağıyev küçəsi ev 5, mənzil 50 ünvanında yaşayan 37 yaşlı Şamama Əhməd qızı Əliyevanı vurub. Nəticədə piyada hadisə yerində dünyasını dəyişib. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR