Bank Of Baku

Tovuz rayonunda baş verən yol qəzasında 3 nəfər ölüb

Tovuz rayonunda baş verən yol qəzasında 3 nəfər ölüb
# 12 dekabr 2007 13:02 (UTC +04:00)
Dünən axşam saat 19:30 radələrində Bakı-Qazax yolunun Tovuz rayonunun Düz Qırıqlı kənd ərazisindən keçən hissəsində ağır yol nəqliyyat hadisəsi baş verib. Tovuz rayon sakini, 1971-ci il təvəllüdlü Şəmistan İsmayılovun idarə etdiyi “Qazel” markalı avtomobil Gəncə şəhəri istiqamətində hərəkət edən “Mersedes” markalı avtomobillə toqquşub. Qəza nəticəsində “Mersedes” markalı avtomobilin sürücüsü və sərnişinlər - Hicran Aydın qızı Novruzova və Ədalət Aydın oğlu Novruzov hadisə yerində keçinib. Maşında olan digər 2 sərnişin - Pərvanə Abbasova və Cahandar Abbasov ağır kəllə-beyin travması ilə
Tovuz rayonu Düz Qırıqlı kənd xəstəxanasına yerləşdirib. Yaralılardan Pərvanə Abbasovanın vəziyyətinin orta-ağır olduğu bildirilir. Tovuz rayon Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, qəzanın “Qazel” markalı avtomobilin “Mersedes”in yoluna çıxması səbəbilə baş verdiyi ehtimal edilir. Hadisə ilə əlaqədar Tovuz rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.3 maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR