Bank Of Baku

Qax rayon Polis Şöbəsi: “Ulu körpünün ətrafında qazıntı işlərinin aparılması və oradan qızıl tapılması barədə məlumatlar həqiqətə uyğun deyil”

Qax rayon Polis Şöbəsi: “Ulu körpünün ətrafında qazıntı işlərinin aparılması və oradan qızıl tapılması barədə məlumatlar həqiqətə uyğun deyil”
# 12 dekabr 2007 14:03 (UTC +04:00)
“Qax rayonunun İlisu kəndi ərazisindəki tarixi körpüdə qanunsuz qazıntı işləri aparılması və oradan qızıl tapılması barədə yayılan məlumatlar həqiqətə uyğun deyil”. Bunu APA-nın Şəki-Zaqatala bürosuna Qax rayon Polis Şöbəsinin (RPŞ) rəis müavini Məmməd Malıyev deyib. Rəis müavinin sözlərinə görə, hadisə ilə bağlı rayon Polis Şöbəsinin əməkdaşları əraziyə baxış keçirib. Nəticədə orada qazıntı işlərinin aparılması haqda məlumatların yalan olduğu müəyyənləşib: “Aparılan təhqiqat nəticəsində məlum oldu ki, sözügedən ərazidə traktorla çay qumu götürülüb və heç kim orada qızıl axtarmayıb”.
Qeyd edək ki, ötən gün ANS televiziyası Azərbaycanın Qax rayonunun İlisu kəndi ərazisində yerləşən 18-ci əsrə aid Ulu körpünün ətrafında qazıntı işlərinin aparılması və oradan qızıl tapılması barədə məlumat yayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR