Bank Of Baku

İtkin düşmüş Nizami rayonu sakininin və iki övladının yeri müəyyənləşib

İtkin düşmüş Nizami rayonu sakininin və iki övladının yeri müəyyənləşib
# 13 dekabr 2007 09:36 (UTC +04:00)
Bu il dekabrın 9-da itkin düşmüş Nizami rayonu, Keşlə qəsəbəsi sakini, 31 yaşlı Marina Minaçeva və iki övladının yeri müəyyənləşib. Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin təhqiqatçısı Ağasadıq Bağırov APA-ya bildirib ki, milliyyətcə tatar olan Renat Yadigar oğlu Minaçev dekabrın 10-da bölməyə etdiyi müraciətdə M. Minaçevanın övladları Vəkil və Valeriya ilə birgə itkin düşdüyünü göstərib. Müraciətlə bağlı ailənin yaşadığı Abdulla Mirzəyev küçəsi, ev 59 ünvanına baxış keçirilib: “Baxış zamanı qadına və uşaqlara məxsus bütün paltarların, sənədlər götürüldüyü müəyyənləşdi. Renat Minaçev dedi ki, həyat yoldaşı ona dəfələrlə Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan anasının yanına getməyi təklif edib. Amma usta işləyən Renat işlərinin çox olmasının əsas gətirərək onunla razılaşmayıb”. A. Bağırov bildirib ki, R. Minaçev daha sonra polisə müraciət edərək xanımının ona zəng etdiyini deyib: “Həyat yoldaşı uşaqları ilə birgə anasının yanına yola düşdüyünü, hazırda Mahaçqalada olduğunu söyləyib”. Təhqiqatçı bu səbəbdən fakt üzrə cinayət işinin başlanmasının rədd olunduğunu, ancaq vətəndaşın axtarışının davam etdiriləcəyini qeyd edib. Hadisə ilə bağlı Rusiyanın hüquq-mühafizə orqanlarına müraciət olunacaq.
Qeyd edək ki, bu barədə “Yeni Müsavat” qəzeti məlumat yayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR