Bank Of Baku

Sankt-Peterburqda dələduzluqla məşğul olan azərbaycanlı həbs olunub

Sankt-Peterburqda dələduzluqla məşğul olan azərbaycanlı həbs olunub
# 13 dekabr 2007 13:39 (UTC +04:00)
Sankt-Peterburqda dələduzluqla məşğul olan 37 yaşlı Azərbaycan vətəndaşı həbs olunub. APA-nın məlumatına görə, adı açıqlanmayan soydaşımız dünən səhər radələrində şəhərin Lev Tolstoy küçəsində keçirilən əməliyyat zamanı saxlanılıb. İstintaq materiallarına görə, saxlanan şəxs Rusiya Elmlər Akademiyasının Elmi Tədris Mərkəzinin əməkdaşına özünü azərbaycanlılardan ibarət mütəşəkkil cinayətkar qruplaşmanın üzvü kimi təqdim edərək iki il ərzində ondan ümumilikdə 540 min rubl alıb. Sonuncu dəfə soydaşımız öz qurbanından 2 min dollar pul tələb edib, pulu verməyəcəyi təqdirdə onu öldürməklə hədələyib. Hədələnən şəxs faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət edib və şikayət əsasında soydaşımız həbs olunub. Hazırda faktla bağlı istintaq gedir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR