Bank Of Baku

Sabiq hərbi hissə komandiri və daha iki nəfərin məhkəmə istintaqı yekunlaşıb

Sabiq hərbi hissə komandiri və daha iki nəfərin məhkəmə istintaqı yekunlaşıb
# 13 dekabr 2007 14:35 (UTC +04:00)
Ağır Cinayətlərə Dair İşlər üzrə Hərbi Məhkəmədə Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin sabiq komandiri Elxan Hüseynov və digər iki nəfərin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Məhkəmədən APA-ya verilən məlumata görə, dekabrın 14-də dövlət ittihamçısı çıxış edərək təqsirləndirilən şəxslərə cəza istəyəcək. Proses hakim Mürsəl Əliyevin sədrliyi ilə keçirilir. Təqsirləndirilən şəxslər E. Hüseynovun başçılıq etdiyi hərbi hissədə xidmət edən əsgər Teymur İsmayılovu özünü öldürmə həddinə çatdırmaqda günahlandırılır. E. Hüseynov, hərbi hissənin 3-cü motoatıcı taborunun keçmiş komandiri, mayor Elşən Alıyev və hərbi hissənin kadrlar bölməsinin sabiq rəisi Rufulla Həşimova qarşı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 311-ci (rüşvət alma), 331.3-cü (hərbi qulluqçunu təhqir etmə, döymə və işgəncə vermə), 341.3-cü (hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR