Bank Of Baku

Binəqədi rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Binəqədi rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 13 dekabr 2007 16:20 (UTC +04:00)
Bu gün Binəqədi rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, saat 17.00 radələrində Mehdiabad qəsəbəsində “VAZ-21010” markalı avtomobil “QAZ-53” markalı yük maşını ilə toqquşub. Nəticədə “VAZ-21010” markalı avtomobilin sürücüsü Pərviz Umudvar oğlu Usubov aldığı xəsarətdən keçinib. Faktla bağlı Binəqədi rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olması) maddəsi ilə cinayət işi başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR