Bank Of Baku

Bakıda Məkkəyə piyada yola düşən Qarabağ müharibəsi veteranı Şahid Qurbanovun Kəbəyə çatmasına 400 kilometr qalıb

Bakıda Məkkəyə piyada yola düşən Qarabağ müharibəsi veteranı Şahid Qurbanovun Kəbəyə çatmasına 400 kilometr qalıb
# 14 dekabr 2007 13:26 (UTC +04:00)
Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyinin (AVMVB) “İslam sülhün və qardaşlığın rəmzidir” adlı layihəsi çərçivəsində Bakıdan Məkkəyə piyada gedən üzvü Şahid Qurbanovun Məkkəyə çatmasına 400 kilometrə yaxın məsafə qalıb. AVMVB mətbuat xidmətinin rəhbəri Bəhruz Əliyevin APA-ya verdiyi məlumata görə, hazırda Səudiyyə Ərəbistanı ərazisində olan Şahid Qurbanovun səhhəti normaldır. Yol boyu qarşılaşdığı problemləri aradan qaldırmaq üçün ona yerli əhali yardım edir. Bəhruz Əliyev yürüş zamanı yaranan yubanmalar səbəbilə Ş. Qurbanovun Kəbə evinə nəzərdə tutulduğu kimi dekabrın 17-də çata bilməyəcəyini söyləyib. Qeyd edək ki, sentyabrın 21-də Bakıdan piyada yola çıxan Şahid Qurbanov və Sahib Kazımovun Azərbaycan, İran, Türkiyə, Suriya, İordaniya, Səudiyyə Ərəbistanını keçməklə, ümumilikdə 9,2 min kilometr məsafə qət edərək, Məkkədə Kəbə evini ziyarət etmələri nəzərdə tutulsa da, sonradan Sahib Kazımov geri dönmək məcburiyyətində qalıb. Buna səbəb Səudiyyə Ərəbistanının Sahib Kazımova viza verməkdən imtina etməsi olub. Qeyd edək ki, Şahid Qurbanov ötən il də Bakıda Məkkəyə piyada gedərək Kəbə evini ziyarət edib. Həmin yürüş 4 ay çəkib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR