Bank Of Baku

Gəncədə yanğın baş verib

Gəncədə yanğın baş verib
# 14 dekabr 2007 13:30 (UTC +04:00)
Gəncənin 5-ci mikrorayon, bina 12, mənzil 28 ünvanında yerləşən evdə güclü yanğın baş verib. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, mənzil sahibi Əsədova Akifə Rasim qızı vaxtında mənzili tərk etdiyinə görə, hadisədə xəsarət alan olmayıb. Hadisədən dərhal sonra əraziyə yanğınsöndürmə briqadaları gəliblər. Yanğın güclü olduğundan alovu ram etməyə xeyli vaxt sərf olunub. Baş vermiş yanğın nəticəsində mənzildəki bütün əşyalar külə dönüb. Yanğının baş vermə səbəbləri məlum deyil, hadisə ilə bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR