Bank Of Baku

Azərbaycanın Masallı rayonunda ova gedən iki dostdan birinin silahla ehtiyatsız davranması digərinin ölümünə səbəb olub

Azərbaycanın Masallı rayonunda ova gedən iki dostdan birinin silahla ehtiyatsız davranması digərinin ölümünə səbəb olub
# 17 dekabr 2007 08:13 (UTC +04:00)
Uzun illər dostluq edən Lənkəran sakinləri, 26 yaşlı Emil Şükürov və 32 yaşlı Vüqar Zülfüqarov ov etmək məqsədi ilə Masallıya gediblər. Ov zamanı V. Zülfüqarovun ov tüfəngindən açılan atəş E. Şükürova dəyib. Baş nahiyəsindən yaralanan E. Şükürov hadisə yerində keçinib. V. Zülfüqarov cəsədi maşınla
Lənkəran Şəhər Polis Şöbəsinə aparıb. Hadisə Masallı ərazisində baş verdiyindən, iş araşdırılması üçün Masallı Rayon Prokurorluğuna göndərilib. Masallı Rayon Prokurorluğunun müstəntiqi Cəlil Mahmudov bildirib ki, artıq hadisə yeri müayinə olunub, ov tüfəngi isə maddi sübut kimi götürülüb. Şübhəli şəxs qismində saxlanılan V. Zülfüqarov ilkin dindirilmə zamanı dostunu ehtiyatsızlıqdan qətlə yetirdiyini etiraf edib.
Fakt üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 124.1ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır. Rayon məhkəmə-tibbi eksperti Tofiq Mirzəyevin bildirdiyinə görə, E. Şükürovun meyiti müayinə edilib. Müayinə nəticəsində onun ölümünə açılan atəş nəticəsində beyin nahiyəsinin dağılmasının səbəb olduğu müəyyənləşib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR