Bank Of Baku

Əli Bayramlıda 13 yaşlı piyadanı maşın vurub

Əli Bayramlıda 13 yaşlı piyadanı maşın vurub
# 17 dekabr 2007 12:12 (UTC +04:00)
Bu gün Əli Bayramlı şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Əli Bayramlı Polis Şöbəsindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, Hacıqabul rayon sakini, 1953-cü il təvəllüdlü Rasim İsa oğlu Musayev idarə etdiyi 10-RS-685 dövlət nömrə nişanlı VAZ 21099 markalı avtomaşınla yolu keçən şəhər sakini, 1994-cü il təvəllüdlü Rasim İnşallah oğlu Dəmirovu vurub. R. Dəmirov şəhər mərkəzi xəstəxanasına aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Əli Bayramlı Polis Şöbəsində cinayət işi qaldırılıb, təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR