Bank Of Baku

Gəncədə bıçaqlanma hadisəsi baş verib

Gəncədə bıçaqlanma hadisəsi baş verib
# 17 dekabr 2007 13:31 (UTC +04:00)
Gəncənin “Xan bağı” istirahət parkında yerləşən çayxanaların birində bıçaqlanma hadisəsi baş verib. Gəncə şəhər Polis İdarəsindən APA-nın Qərb bürosuna verilən məlumata görə, çayxanada 1974-cü il təvəllüdlü Yaşar Əsgərovla qonşusu, 1970-ci il təvəllüdlü Çingiz Məmmədov arasında mübahisə düşüb. Baş vermiş münaqişə zəminində Yaşar Əsgərov cib bıçağı ilə Çingiz Məmmədova ağır bədən xəsarəti yetirib. Hadisədən sonra yaralı Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Həkimlər yaralının vəziyyətinin ağır olduğunu bildirirlər. Baş vermiş hadisə ilə əlaqədar Gəncə şəhər Polis İdarəsində Cinayət Məcəlləsinin 126.1 (Qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə cinayət işi başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR