Bank Of Baku

Yeni inşa olunan binanın on ikinci mərtəbəsindən yıxılaraq sağ qalan fəhlənin üzərində cərrahiyə əməliyyatı aparılacaq

Yeni inşa olunan binanın on ikinci mərtəbəsindən yıxılaraq sağ qalan fəhlənin üzərində cərrahiyə əməliyyatı aparılacaq
# 17 dekabr 2007 14:51 (UTC +04:00)
Nizami rayonu, Naxçıvanski küçəsi, 106 ünvanında “Proton” MMC tərəfindən yeni inşa olunan binanın 12-ci mərtəbən yıxılan Tərtər rayon sakini, 1977-ci il təvəllüdlü Azər Yusifov Neyrocərrahiyyə Xəstəxanasının reanimasiya şöbəsində yerləşdirilib. Xəstəxanadan APA-ya verilən məlumata görə, kəllə-beyin travması, eyni zamanda qarın boşluğu orqanlarının, ayağının, diz qapaqlığının kəsilmiş-əzilmiş yaraları ilə xəstəxanaya çatdırılan A. Yusifovun vəziyyəti ağırdır. Qarın boşluğu orqanlarında cərrahiyə əməliyyatı aparılması üçün o, Kilinik Tibbi Mərkəzə köçürüləcək. Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsindən isə bildirilib ki, faktla bağlı Nizami rayon Prokurorluğunda araşdırma başlanıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR