Bank Of Baku

Ukraynada 34 yaşlı azərbaycanlının başçılıq etdiyi cinayətkar qrup zərərsizləşdirilib

Ukraynada 34 yaşlı azərbaycanlının başçılıq etdiyi cinayətkar qrup zərərsizləşdirilib
# 17 dekabr 2007 15:37 (UTC +04:00)
APA-nın Şərqi Avropa bürosunun məlumatına görə, Ukrayna Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı Donetsk vilayətinin Snejnoe ərazisi və ətraf qəsəbələrdə fəaliyyət göstərən qrupun 4 üzvü yaxalanıb. Dəstənin rəhbəri adı açıqlanmayan 34 yaşlı azərbaycanlıdır. Axtarış tədbirləri zamanı cinayətkarlardan 50 kiloqram narkotik maddə xammalı, “Revolver” markalı tapança və ov tüfəngi, 5 min dollar pul aşkarlanaraq götürülüb. Dəstə üzvlərinin əmlakına həbs qoyulub. Hal-hazırda qrupun daha iki üzvünün axtarışı davam edir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR