Bank Of Baku

Ağdam sakini 16-cı mərtəbədən liftin şaxtasına düşərək ölüb

Ağdam sakini 16-cı mərtəbədən liftin şaxtasına düşərək ölüb
# 18 dekabr 2007 10:11 (UTC +04:00)
Burada fəhlə kimi çalışan Ağdam rayon sakini, 1963-cü il təvəllüdlü Atakişi İsa oğlu Mehdiyev 16-cı mərtəbədə liftin şaxtasına yıxılıb və ikinci mərtəbədə olan liftin kabinəsinin üstünə düşüb. Ağır xəsarət alan A. Mehdiyev Kilinik Tibbi Mərkəzə aparılarkən yolda dünyasını dəyişib. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozulmasının ehtiyatsızlıqdan insan ölümünə səbəb olması) maddəsi ilə cinayət işi başlanıb. Hadisə baş verən zaman A. Mehdiyevin təmir etdiyi mənzildə yanğın da baş verib. Yanğının qarşısı Nərimanov Yanğından Mühafizə Bölməsinin əməkdaşları tərəfindən alınıb, xəsarət alan olmayıb. Məlumatlara görə, yanğın elektrik cihazının şəbəkəyə qoşulu qalması səbəbindən baş verib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR