Bank Of Baku

YAP Şəki rayon təşkilatının sabiq sədri meşə materiallarının qanunsuz daşınmasında təqsirləndirilir

YAP Şəki rayon təşkilatının sabiq sədri meşə materiallarının qanunsuz daşınmasında təqsirləndirilir
# 18 dekabr 2007 13:11 (UTC +04:00)
Yeni Azərbaycan Partiyası Şəki rayon təşkilatının keçmiş sədri meşə materiallarının qanunsuz daşınmasında təqsirləndirilir. Şəki rayon hüquq-mühafizə orqanlarından APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayon icra hakimiyyətinin və polis şöbəsinin (RPŞ) keçirdiyi əməliyyat nəticəsində Qax rayonundan qanunsuz olaraq meşə materiallarını Şəkiyə gətirən qrup yaxalanıb. Əməliyyat zamanı rayon sakini Valeh Yusifova məxsus meşə materialı ilə dolu yük maşını saxlanılıb. Əməliyyat nəticəsində məlum olub ki, V. Yusifovun Qax rayonundan Şəkiyə gətirdiyi qiymətli meşə materiallarının heç bir sənədi yoxdur və o, ağacları qanunsuz əldə edib. Şəki RPŞ məsələni araşdırmaq üçün Qax RPŞ-yə müraciət edib. Qeyd edək ki, V. Yusifov əvvəllər YAP Şəki rayon təşkilatının sədri vəzifəsində çalışıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR