Bank Of Baku

Bakıda on minlərlə yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı oyuncaq aşkarlanaraq götürülüb

Bakıda on minlərlə yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı oyuncaq aşkarlanaraq götürülüb
# 18 dekabr 2007 13:37 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları partlayıcı oyuncaqların yayılmasının qarşısını almaq üçün əməliyyat tədbirləri həyata keçirir. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Əzizbəyov və Sabunçu rayonları ərazisindəki 2 ticarət obyektindən 2509 ədəd, Nəsimi rayonundakı 1 ticarət obyektindən 5072 ədəd, Bakı BPİ İctimai Təhlükəsizlik İdarəsinin əməkdaşları tərəfindən Binə Ticarət Mərkəzindəki 1 ticarət obyektindən 31120 ədəd, Nəsimi RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki 1 ticarət obyektindən 540 ədəd, Əzizbəyov RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki 1 ticarət obyektindən 4000 ədəd, Sabunçu RPİ-nin əməkdaşları tərəfindən rayon ərazisindəki 4 ticarət obyektindən 1603 ədəd, Xətai RPİ-nin əməkdaşları rayon ərazisindəki 3 ticarət obyektindən 2785 ədəd yüksək səsyayıcı qabiliyyətə malik partlayıcı oyuncaq aşkarlanaraq götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR