Bank Of Baku

Zəhərlənmə faktı ilə xəstəxanaya çatdırılan Şəki rayon sakinlərinin sayı 9-a çatıb

Zəhərlənmə faktı ilə xəstəxanaya çatdırılan Şəki rayon sakinlərinin sayı 9-a çatıb
# 19 dekabr 2007 09:05 (UTC +04:00)
Şəki rayon Mərkəzi Xəstəxanasına (RMX) zəhərlənmə faktı ilə çatdırılan rayonun Cuma kənd sakinlərinin sayı 9-a çatıb. Zəhərlənənlərin hamısı Səlimovlar ailəsinin üzvüdür. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, onlardan üçünün vəziyyəti olduqca ağırdır. RMX-nın yoluxucu xəstəliklər şöbəsinin həkimi Arif Səmədov bildirib ki, vəziyyəti ağır olan ailə üzvlərindən Şərif, Teyyub və Elşən Səlimovlar reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkim adıçəkilən xəstələrin “Batulizm” xəstəliyinin çox ağır formasını keçirdiklərini, onları bu vəziyyətdən çıxarmaq üçün intensiv terapiya işləri aparıldığını bildirib.
Qeyd edək ki, bu il dekabrın 14-də Cuma kənd sakinləri, Səlimovlar ailəsinin 7 üzvü zəhərlənmə diaqnozu ilə RMX-a daxil olub. Səlimovlar ailəsinin evdə hazırlanan pomidor konservindən zəhərləndiyi güman edilir. Onlardan 7-nin vəziyyəti dərhal pisləşib və xəstəxanaya çatdırlıb. Zəhərlənmə təsirini digər 2 nəfərdə bir neçə gün sonra göstərib. Həmin 2 nəfər isə 3 gün sonra MRX-a gətirilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR