Bank Of Baku

Azərbaycan paytaxtında yol qəzası baş verib

Azərbaycan paytaxtında yol qəzası baş verib
# 19 dekabr 2007 09:15 (UTC +04:00)
Bakının Nizami rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, naməlum avtomaşın “Xəmsə” şadlıq sarayının qarşısında Xətai rayonu M. Hadi küçəsi 71 A, mənzil 45 ünvanında yaşayan 43 yaşlı Mehriban Ağayevanı vurub və hadisə yerindən qaçıb. Sınıq xəsarətləri alan M. Ağayeva Su-Tikinti Xəstəxanasında ilkin tibbi yardım edildikdən sonra Klinik Tibbi mərkəzə köçürülüb. Faktla bağlı Cinayət Məcəlləsinin 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən sürücünün axtarış davam etdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR