Bank Of Baku

Gəncədə atəşfəşanlıq zamanı fişənglərdən birinin yerdə partlaması nəticəsində bir neçə nəfər xəsarət alıb

Gəncədə atəşfəşanlıq zamanı fişənglərdən birinin yerdə partlaması nəticəsində bir neçə nəfər xəsarət alıb
# 22 aprel 2008 08:30 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Dünən Gəncənin mərkəzi meydanında açıq səma altında keçirilən konsert proqramı insidentlə başa çatıb. APA-nın Qərb bürosunun məlumatına görə, Röya, “Şeron” qrupu, Elza Seyidcahan və digər populyar müğənnilərin iştirak etdiyi konsert proqramı atəşfəşanlıqla başa çatıb. Bu zaman fişənglərdən biri havaya qalxmadan yerdəcə partlayıb. Fişəngin partlaması nəticəsində meydanda olan tamaşaçılardan bir neçə nəfəri müxtəlif dərəcəli yanıq xəsarəti alıblar. Xəsarət alanlardan biri - 14 yaşlı Sərxan Məmmədov dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Xəstəxanadan APA-nın Qərb bürosuna verilən məlumata görə, Sərxan Məmmədov qol nahiyəsinin yanığı xəsarəti ilə xəstəxanaya gətirilib. O, ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. İnsident zamanı yaralanan şəxsin sözlərinə görə, fişəng atılan yerdən xeyli aralıda olub. Onun sözlərinə görə, fişəngin yerdə partlaması nəticəsində yaxınlıqda dayanmış bir neçə şəxs də xəsarət alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR