Bank Of Baku

Stavropolda Azərbaycan vətəndaşını qətlə yetirən beş nəfər həbs olunub

Stavropolda Azərbaycan vətəndaşını qətlə yetirən beş nəfər həbs olunub
# 22 aprel 2008 11:23 (UTC +04:00)
Stavropol-APA. Ötən ilin noyabrında Rusiyanın Stavropol vilayətində Azərbaycan vətəndaşını qətlə yetirən cinayətkar qruplaşmanın beş üzvü həbs olunub. APA-nın məlumatına görə, həbs olunan şəxslərə qarşı sağlamlığa qəsdən ağır zərbə vurma, milli, irqi və dini zəmində nifaq salma maddələri ilə cinayət işi başlanıb. İstintaq ötən ilin noyabrında “Cənub gecəsi” kafesi yaxınlığında bir qrup şəxsin Azərbaycan vətəndaşına hücum etdiyini, ona bıçaqla çoxsaylı zərbələr endirdiyini müəyyənləşdirib. Faktla bağlı araşdırma davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR