Bu barədə
APA-ya Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə Əlaqə İdarəsinin mətbuat xidməti şöbəsindən məlumat verilib. İlkin məlumata əsasən, məişət qazının sızması səbəbindən yanğınla müşayiət olunan partlayışdan həmin yaşayış binasının 1 və 2 saylı mənzillərinin konstruktiv elementləri dağılıb. Fövqəladə Hallar Nazirliyinin Salyan rayon Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidmətinin Əlahiddə Çevik Xilasetmə dəstəsi, Mülki Müdafiə Qoşunlarının region üzrə xilasetmə dəstəsi və müvafiq texnika dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində aparılan qəza-xilasetmə əməliyyatı nəticəsində 1 saylı mənzildə yaşayan 2000-ci il təvəllüdlü Salmanov Rəsul Əlizaman oğlunun dağıntılar altında qalmış cəsədi aşkarlanıb. Hər iki mənzilin içərisində olan əşyalar qismən, binanın dam örtüyünün yanar konstruksiyaları 100 kv.m sahədə və birinci mərtəbədə yerləşən mağazanın yanar konstruksiyaları 35 kv.m sahədə yanıb.
Hadisə nəticəsində xəsarət almış, 1975-ci il təvəllüdlü Bağırova Vəfa Rəsul qızı Təcili Tibbi Yardım tərəfindən yuxarı və aşağı ətrafların, boyun nahiyəsinin 2 və 3-cü dərəcəli termiki yanıq diaqnozu ilə Bakı şəhəri Yanıq Mərkəzinə göndərilib. Hadisə ilə bağlı Salyan rayon Prokurorluğunda tədqiqat aparılır.