Bank Of Baku

Salyanda partlayış baş verən binanın sakinləri müvəqqəti yaşayış yeri ilə təmin olunublar

Salyanda partlayış baş verən binanın sakinləri müvəqqəti yaşayış yeri ilə təmin olunublar
# 23 aprel 2008 10:10 (UTC +04:00)
Bakı. Elnur Məmmədli APA. Salyan rayonunda yaşayış binasında baş vermiş partlayış nəticəsində evsiz qalan sakinlər rayon icra hakimiyyəti tərəfindən müvəqqəti yaşayış yeri ilə təmin olunublar. Bu barədə APA-ya Salyan rayon İcra Hakimiyyətinin başçısı Rasim Bəşirov məlumat verib. Onun sözlərinə görə, iki mərtəbəli binada yaşayan 7 ailənin 6-sı müvəqqəti olaraq yaşayış sahəsi ilə təmin edilib. R. Bəşirov sözügedən binanın bərpa olunması ilə bağlı müvafiq qurumlara müraciət edildiyini qeyd edib: “Bununla bağlı Nazirlər Kabineti və Fövqəladə Hallar Nazirliyi müvafiq akt tərtib edəcək və bundan sonra bina bərpa olunacaq”. Qeyd edək ki, dünən səhər saatlarında Salyan rayonu Hacı Zeynalabdin Tağıyev küçəsi, 35 ünvanında yerləşən bina qaz sızmasından baş verən partlayış nəticəsində dağılıb. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR