Bank Of Baku

Şəki sakini Bakıda bıçaqlanıb

Şəki sakini Bakıda bıçaqlanıb
# 23 aprel 2008 14:24 (UTC +04:00)
Bakı. Samir Kazımlı - APA. Aprelin 21-dən 22-nə keçən gecə, saat 23:00 radələrində Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş 31 yaşlı Ramin Hidayət oğlu Quliyev Bakının Əzizbəyov rayonunun Qala qəsəbəsində Şəki sakini, 20 yaşlı Qaib Zakir oğlu Süleymanova bıçaqla xəsarət yetirdiyi üçün saxlanılıb. Əzizbəyov Rayon Polis İdarəsinin 1-ci polis bölməsindən APA-ya verilən məlumata görə, ilkin araşdırma zamanı hadisənin şəxsi münaqişə zəminində baş verdiyi müəyyənləşdirilib. Boyun nahiyəsindən xəsarət alan Q. Süleymanov 26 saylı xəstəxanaya yerləşdirilib. Faktla bağlı Əzizbəyov Rayon Polis İdarəsinin 1-ci polis bölməsində təhqiqat aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR