Bank Of Baku

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib

Zaqatalada ölümlə nəticələnən yol qəzası baş verib
# 28 aprel 2008 08:04 (UTC +04:00)
Zaqatala. Hafiz Heydərov - APA. Zaqatalada yük maşını ilə mikroavtobusun toqquşması nəticəsində bir nəfər həlak olub. Zaqatala rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə Xaldan-Balakən magistral yolunun 127-ci kilometrliyində, Zaqatala şəhəri ərazisində olub. Bakı-Zaqatala marşrutu ilə hərəkət edən Nazim Axundova məxsus “Ford” markalı, 10 LM 348 dövlət nömrə nişanlı sərnişin mikroavtobus Ruslan Rüstəmovun idarə etdiyi “MAZ” markalı, 62 AC 064 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub. Qəza nəticəsində mikroavtobusun sərnişini, Yardımlı rayon sakini, 1971-ci il təvəllüdlü Ərəstun Əliyev aldığı xəsarətdən hadisə yerində keçinib, digər sərnişinlərdən bir neçəsi yüngül bədən xəsarəti alıb. Faktla bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR