Bank Of Baku

Qəbələ RLS-in əməkdaşı yol qəzasında həlak olub

Qəbələ RLS-in əməkdaşı yol qəzasında həlak olub
# 28 aprel 2008 08:31 (UTC +04:00)
Qəbələ Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, Laçın rayon sakini 40 yaşlı Allahverdi Qarakişi oğlu Məmmədovun idarə etdiyi “KamAZ” markalı, 10 JH 451 nömrə nişanlı avtomobillə Qəbələ rayon sakini Adil Nurməmməd oğlu Babayevin idarə etdiyi “VAZ-2106” markalı, 10 NH 034 nömrə nişanlı avtomobilin toqquşması nəticəsində A. Babayev hadisə yerində ölüb, həyat yoldaşı 38 yaşlı Məlahət İbrahim qızı Babayeva, qızı 8 yaşlı Manisə Adil qızı Babayeva, qardaşı 27 yaşlı Qabil Nurməmməd oğlu Babayev və qohumu 12 yaşlı Günel Səmid qızı Babayeva müxtəlif bədən xəsarəti alıblar. Yaralılar Qəbələ Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər. Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində araşdırma aparılır.
Qeyd edək ki, mərhum A. Babayev Qəbələ RLS-də işləyib, Q. Babayev isə İctimai Radionun əməkdaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR