Bank Of Baku

Azərbaycanın Qax rayonunda kütləvi məzarlıq aşkarlanıb

Azərbaycanın Qax rayonunda kütləvi məzarlıq aşkarlanıb
# 28 aprel 2008 09:02 (UTC +04:00)
Qax Rayon İcra Hakimiyyəti başçısının elm, təhsil və mədəniyyət işləri üzrə müavini Ziyafət Xasıyevanın APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, rayonun İlisu kəndindəki Alban kilsəsi yaxınlığında kütləvi insan qalıqları tapılıb. Tapıntılar içərisində insan skeleti, kəllə və çənə sümükləri var. İnsan qalıqları torpağın iki metr dərinliyində aşkarlanıb. Artıq sözügedən əraziyə baxış keçirilib və bu barədə Mədəniyyət və Turizm Nazirliyinə rəsmi məktub göndərilib. Nazirlikdən cavab gəldikdən sonra həmin ərazidə qazıntı və tədqiqat işlərinə başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR