Bank Of Baku

Azərbaycan paytaxtında və Qazax rayonunda intihar hadisəsi baş verib

Azərbaycan paytaxtında və Qazax rayonunda intihar hadisəsi baş verib
# 28 aprel 2008 09:04 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə, Hacı Zeynalov-APA. Bakının Nəsimi rayon sakini, 1984-cü il təvəllüdlü Ayaz Həsənov özünü yaşadığı evdə asaraq intihar edib. Bu barədə APA-ya Nəsimi Rayon Polis İdarəsindən bildirilib. Mərhumun özünə qəsd etməsinin səbəbləri araşdırılır. Daha bir intihar hadisəsi Qazax rayonda olub. Rayonun Kosalar kənd sakini, 1971-ci il təvəllüdlü Bəxtiyar Quliyev yaşadığı evin həyətindəki ağacdan özünü asaraq öldürüb. Qazax Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, B. Quliyevin hansı səbəbdən intihar etməsinin səbəbi məlum deyil. Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR