Bank Of Baku

Qubadakı kütləvi məzarlıqda çoxlu uşaq sümükləri aşkarlanıb

Qubadakı kütləvi məzarlıqda çoxlu uşaq sümükləri aşkarlanıb
# 28 aprel 2008 11:07 (UTC +04:00)
Bakı. Laura Cəbrayıllı - APA. “Qubadakı kütləvi məzarlığın cənub hissəsində və sökülən evin altında aparılan arxeoloji qazıntılar nəticəsində xeyli insan sümükləri üzə çıxarılıb. Aşkarlanan kəllə sümüklərinin əksəriyyəti uşaqlara aiddir. Amma onların dəqiq sayı hələ müəyyənləşməyib”. Bu sözləri APA-ya açıqlamasında ərazidə tədqiqat aparan elmi ekspedisiyanın rəhbəri Qəhrəman Ağayev deyib. O, üzə çıxarılan insan sümükləri üzərində ilkin təsnifatın aparıldığını bildirib: “Aşkarlanan insan kəllələrinin sayının dəqiqləşdirilməsi üçün Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun antropoloqu əraziyə dəvət edilib. Onun tədqiqatından sonra dəqiq say bilinəcək. Tədqiqatın nəticəsi gələn həftə məlum olacaq”.
Qeyd edək ki, son məlumata görə, Qubadakı kütləvi məzarlıqda 168 insan kəlləsi aşkarlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR