Bakıda itkin düşmüş 18 yaşlı qız tapılıb
29 aprel 2008 14:41 (UTC +04:00)
Bakı. Samir Kazımlı - APA. Aprelin 6-da saat 18 radələrində itkin düşmüş Bakı şəhər sakini, 18 yaşlı Türkanı Məmmədova paytaxtın Nəsimi rayonu ərazisində tapılaraq valideynlərinə təhvil verilib. Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsindən APA-ya verilən məlumata görə, T. Məmmədova həmin müddət ərzində rəfiqələri ilə birlikdə olduğunu bildirib.
Qeyd edək ki, T. Məmmədova daha əvvəl də evi tərk edib. Ancaq anası onu taparaq evə gətirib.
Qeyd edək ki, T. Məmmədova daha əvvəl də evi tərk edib. Ancaq anası onu taparaq evə gətirib.