Cəlilabad rayonunun ən yaşlı sakinlərindən biri, İkinci Dünya müharibəsinin iştirakçısı Əbiş Zamanov vəfat edib
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, o, doğulduğu kənddə dəfn ediləcək.
Qeyd edək ki, 1923-cü ildə Cəlilabad rayonunun Astanlı kəndində dünyaya gələn Əbiş Zamanov 1942-ci ildə müharibəyə yollanıb.