Abşeronda avtomobil piyadanı vuraraq öldürüb

Abşeronda avtomobil piyadanı vuraraq öldürüb
# 29 yanvar 2021 10:34 (UTC +04:00)

Abşeronda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, yanvarın 28-də saat 21 radələrində Abşeron rayonunun Saray qəsəbəsi ərazisində Xırdalan şəhər sakini M.Əlimirzəyev idarə etdiyi “Chevrolet” markalı avtomobillə yolu keçən Sumqayıt şəhər sakini E.Nəzərovu vurub.

Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.

Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR