Abşeronda oğurluq edən şəxslər tutulub.
Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisindəki 4 evdən ümumilikdə 650 manat, 5600 dollar, 100 avro pul, 24000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Aşağı Güzdək qəsəbə sakini Y.Əsgərov və Bakı şəhər sakini E.Əhmədov saxlanılıblar.