Ağsuda ölümlə nəticələnən yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, aprelin 13-də saat 18 radələrində Ağsu şəhəri ərazisində C.Kərimov idarə etdiyi BMW markalı avtomobillə yolu keçən şəhər sakini N.Məhərrəmlini vurub.
Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölüb.
Ağsu RPŞ tərəfindən araşdırma aparılır.