Avtomobilinin gizli saxlanc yerində narkotik daşıyan şəxs saxlanılıb

Avtomobilinin gizli saxlanc yerində narkotik daşıyan şəxs saxlanılıb
# 27 fevral 2021 10:29 (UTC +04:00)

Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avtomobildən bir kiloqramdan artıq heroin aşkarlanıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın cənub bürosuna verilən məlumata görə, Lənkəran ŞRPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Lənkəran rayon sakini Cəsarət Mirzəyev Ələt-Astara yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində idarə etdiyi “VAZ-2106” markalı avtomobildə saxlanılaraq polis şöbəsinə gətirilib.

Keçirilən baxış zamanı C.Mirzəyevin üzərindən və idarə etdiyi avtomobilin arxa oturacağının alt hissəsində quraşdırdığı gizli saxlanc yerindən ümumilikdə 1 kiloqram 125 qramdan artıq narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR