Bakıda oğurluq edən rayon sakinləri saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsi 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 12-də saat 1 radələrində Türkan qəsəbəsi ərazisindəki yarımstansiyaların birindən 7000 manat dəyərində transformatorun vakuum açarını oğurlamaqda şübhəli bilinən Zərdab rayon sakinləri D.Kərimli, G.Güləhmədli və R.İsayev saxlanılıblar.