Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi zamanı sürücü xəsarət alıb.
APA xəbər verir ki, hadisə Zabrat qəsəbəsində baş verib.
45 yaşlı Kərimov Valeh İslaməli oğlu idarə etdiyi minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil yol kənarındakı dirəyə çırpılıb. Hadisə zamanı sürücü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Ona döş qəfəsinin küt travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.