Bakının Böyükşor şossesində, Koroğlu metrostansiyası yaxınlığında baş vermiş qəzanın təfərrüatları məlum olub.
APA-nın məlumatına görə, “Hyundai” markalı, 99-UM-411 dövlət qeydiyyat nişanlı avtomobil idarəetməni itirərək divara çırpılıb.
Nəticədə iki nəfər ağır xəsarətlər alıb. Onların hər ikisi Təcili Tibbi Yardım vasitəsilə 3 saylı Klinik Tibbi Mərkəzə aparılıb.
Hadisə yerində hüquq-mühafizə orqanının əməkdaşları cəlb olunub.
TƏBİB-dən APA-ya bildirilib ki, xəsarət alan qadına baldır sümüyünün sınığı, kişiyə başın, qarının küt travması diaqnozu qoyulub, vəziyyətləri orta-ağırdır.
***
11.53
Bakının Böyükşor şossesində, Koroğlu metrostansiyası istiqamətində Olimpiya Stadionunun qarşısında yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə APA-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Qeyd olunub ki, qəza səbəbindən ərazidə nisbətən sıxlıq müşahidə olunur.